Xəzər Xəbər

Bakıda daha 150 binanın söküləcəyi ilə bağlı AÇIQLAMA

Cəmiyyət | 17:17 • 9 Oktyabr 2023
Bakıda daha 150 binanın söküləcəyi ilə bağlı

Bir neçə gündür sosial şəbəkə və bəzi KİV-də Bakıda tramvay xəttinin çəkilməsi məsələsi yenidən gündəmə gəlib. Yayılan məlumatlarda qeyd edilir ki, tramvay xəttinin çəkiləcəyi bəzi ərazilərdə 150 və daha artıq bina söküləcək, torpaq və daşınmaz əmlak tapmaq mümkün olmayacaq.

Məsələ ilə bağlı daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov qeyd edib ki, Bakıda şəhərətrafı qəsəbələri birləşdirmək məqsədilə tramvay xəttinin çəkilməsi müzakirə olunurdu.

"O ki qaldı bununla bağlı binaların sökülməsi məsələsinə, bəli, ümumilikdə doqquz və beşmərtəbəli köhnə binaların sökülməsi lazımdır. Amma hansı resursların hesabına? Doqquzmərtəbəli binanı söküb yerində yeni bina tikmək, ümumiyyətlə, sərf etmir və birbaşa zərərdir. Beşmərtəbəli binalar isə o zaman sərf edər ki, onlar yol kənarında yerləşir və baha qiymətə satılır", - deyə o əlavə edib.

Ekspert sosial şəbəkələrdə və bir sıra KİV-də yayılan 112 min tikilinin kütləvi söküntüsünə dair iddialara münasibət bildirərkən qeyd edib ki, 30 il ərzində təxminən Bakı şəhərində 10-15 beşmərtəbəli bina sökülüb.

 

"Digər binaların sökülməsi, ümumiyyətlə, sərfəli deyil. Bu məsələ tikinti şirkətlərinin üzərinə düşür. 2018-ci ildən sonra inşaat normativləri dəyişib. İnşaat həcmi iki dəfə azalıb. İnşaat şirkətlərinə çoxmənzilli binanı sökərək yeni yaşayış kompleksi tikmək sərf etmir. Ölkədə cəmi 100-ə yaxın tikinti şirkəti var. Onların da bu qədər resursu yoxdur. Amma binalar getdikcə qəzalı vəziyyətə yaxınlaşır".

Ekspert əlavə edib ki, artıq tikinti şirkətləri bina inşa etmək üçün torpaq tapa bilmir.

"Baxmayaraq ki, sayı çox olmasa da bir neçə torpaq sahəsi var, lakin onların sənədi də düzgün deyil. Bu da son illər daşınmaz əmlakın bahalaşmasına səbəb olub", - deyə o əlavə edib. (trend)

Xəbər lenti

Çox oxunanlar