"Qarabağ Universitetinin modeli hazırlanır. Biz bu universitetdə də tibb təhsilinin verilməsini istəyirik".
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda deyib.
O bildirib ki, bu universitet yəqin ki, Ağdamda tikiləcək.
Nazir hesab edir ki, tibb təhsilinin coğrafiyası genişləndirilməlidir: "Ənənəvi olaraq tibb sadəcə bir ali təhsil müəssisəsində verilir. Hesab edirəm ki, bu sahədə universitetlər arasında mübadiləni təmin etmək mümkündür. Xüsusən də texnologiya sahəsində bu mübadilə daha məqsədəuyğun olardı".
Nazir əlavə edib ki, tibb təhsilinin beynəlxalq təcrübələrə uyğunlaşdırılmasına ehtiyac var və nazirlik bu istiqamətdə təkliflərə açıqdır.