Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, bu günə qədər 33 min 462 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 963 nəfərin müraciəti natamam olub, 618 nəfərin müraciəti emal mərhələsindədir.
Habelə 7379 nəfərin müraciətinə imtina cavabı verilib, 146 nəfərin müraciəti isə banka yönləndirilib.