Sentyabr ayında Bakı Metropolitenindən 18 milyon 343 min 214 sərnişin və yaxud gün ərzində orta hesabla 611 min 440 sərnişin istifadə edib.
Metropolitendən Xezerxeber.az-a bildirilib ki, ən çox sərnişin sentyabr ayının 19-da (768 min 655), ən az isə ayın 3-də (355 min 508) daşınıb. COVID-19 pandemiyası elan edilənə qədər olan sonuncu ilin - 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 5,6 faiz az, həmçinin 2022-ci ilin eyni ayına nəzərən 0,1 faiz çox və yaxud 7 min 97 nəfər artıq sərnişin metropolitenə daxil olub.
Bu ilin 9 ayında metropolitenin daşıdığı sərnişin sayı 156 milyon 790 min 534 sərnişin təşkil edib. Bu, 2019-cu və 2022-ci illərin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq, 7,6 faiz az və 6,9 faiz çox deməkdir.