Atam həmişə deyirdi ki, yaxşı oxuyun, yaxşı insan olun
Xezerxeber.az xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik mərhum Xoşbəxt Yusifzadənin vida mərasimində jurnalistlərə açıqlamasında qızı Eltac Yusifzadə deyib.
"Son vaxtlar tez-tez danışırdıq. Daha yaxın olmağa başlamışdıq. Son sözü heç vaxt yadımdan çıxmaz. Hər şeyin yaxşı olduğunu dedi. Atamın son sözü o oldu ki, "yaxşıyam, məndən narahat olmayın". Nümunəvi Ata idi”, - deyə qızı qeyd edib.
Bu dəqiqələrdə SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir.