Xəzər Xəbər

Məktəbin yanında narkotik satan şəxs SAXLANILDI

Cəmiyyət | 11:13 • 4 Oktyabr 2023
Məktəbin yanında narkotik satan şəxs

Bakının Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satıldığı iddia edilib.

Xezerxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, iddialarla bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb.

"Nəsimi RPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb."

Onun üzərindən külli miqdarda 102 qram narkotik vasitə heroin aşkar edilib.

"Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin, onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib", - o qeyd edib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti