Xəzər Xəbər

Zəhərlənmədən dörd nəfər ölüb

Cəmiyyət | 12:40 • 3 Oktyabr 2023
Zəhərlənmədən dörd nəfər ölüb

Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 149 nəfər qəbul edilib.

Xezerxeber.az bildirir ki, Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 63-ü kişi, 63-ü qadın, 23-ü isə uşaq olub. 

Qəbul olunan xəstələrdən 68-i dərmandan, 36-sı sirkə turşusundan, 12-si göbələkdən, 7-si etanoldan zəhərlənib. Digərlərindən 3-ü allergik reaksiyadan, 6-ı isə botulizm, 3-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 14 nəfəri ilan sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 2-si kişi, 2-i qadın olub. Ölüm halları sirkə turşusundan zəhərlənmə səbəbilə baş verib.

Xəbər lenti

Çox oxunanlar