Xəzər Xəbər

Beynəlxalq axtarışda olan Moldova vətəndaşı Britaniyadan Azərbaycana ekstradisiya edilib

Cəmiyyət | 11:38 • 29 Sentyabr 2023
Beynəlxalq axtarışda olan Moldova vətəndaşı Britaniyadan Azərbaycana ekstradisiya edilib

Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın səlahiyyətli orqanları tərəfindən “Ekstradisiya haqqında”.1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Moldova Respublikasının vətəndaşı İon Secrierunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə İon Secrierunun külli miqdarda ziyan vurmaqla oğurluq, həmçinin ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan olunub.

Təqsirləndirilən şəxs Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ərazisində saxlanılaraq sentyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Xəbər lenti

Çox oxunanlar