2008-ci ildən başlayaraq 2019-cu ilə qədər hər il şirkətin işçilərini tibbi müayinədən keçirmişik. İndiyə kimi peşə xəstəliyi ilə bağlı hansısa neqativ hal aşkarlanmayıb.
Xezerxeber.az xəbər verir ki, bunu "Anglo Asian Mining" şirkətinin insan resurslarının idarə edilməsi və inzibati işlər üzrə meneceri Rahib Rzayev Gədəbəydə keçirilən brifinqdə deyib.
R.Rzayev bildirib ki, oktyabrda işçilər üçüncü tərəf yoxlaması ilə təkrar tibbi müayinədən keçiriləcək.