Xəzər Xəbər

Bu il Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma FAKTI AŞKARLANIB

Cəmiyyət | 17:19 • 27 Sentyabr 2023
Bu il Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma FAKTI

Bu il Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva deyib.

Onun sözlərinə görə, həmin faktlar da miqrasiya məsələsi ilə əlaqəlidir: "Xarici ölkədən qayıdan şəxslər bir neçə nəfəri yoluxdura bilir. Çünki bu, hava-damcı yolu ilə keçən yüksək yoluxduruculuq qabiliyyətinə malik xəstəlik növüdür".

Mərkəz rəsmisi bildirib ki, həmin şəxslərdən 18-i məhz Bakının payına düşüb: "Xəstəliyə yoluxanların yaş qrupuna gəlincə, yoluxanlardan 1 nəfər 0-1 yaş, 18 nəfər 1-18 yaş, 5 nəfər isə 18 yaşdan yuxarı olan şəxslərdir. Ümumilikdə yoluxanların 84 %-i xəstəliyə qarşı vaksinasiya olunmayanlardır". (report)

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024