2024-cü ildə keçiriləcək ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanı proqramları açıqlanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
2024-cü ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz.
1.Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):
2.Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):
3.Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):
4.Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):
Qeyd 1: Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında ötənilki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək.
Qeyd 2: Cari tədris ilində 9 və 11-ci siniflərdə təhsil alanların aşağı siniflərdə keçdikləri dərsliklərlə ümumtəhsil müəssisələrində hazırda qüvvədə olan dərsliklərin müqayisəli təhlili aparılıb, hər iki dərslikdə eyni olan mövzular proqramlara daxil edilib.
Qeyd 3: Hər iki təhsil səviyyəsi üzrə təqdim olunmuş proqramlar və imtahan modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.