Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün layihələr hazırlanır.
Xezerxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq AYNA-nın mətbuat katibi Tural Orucov deyib.
Tural Orucov qeyd edib ki, əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, şəhər mühitinin inkişafı, tıxac və sıxlıqların azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat baxımından əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün layihələr hazırlanır.
“Sözügedən layihə çərçivəsində ötən dövrdə Bakı şəhərində salınmış velosiped yollarının da istifadə imkanları qiymətləndiriləcək. Qiymətləndirmənin nəticəsindən asılı olaraq zəruri işlərin görülməsi nəzərdə tutulub”, - deyə o bildirib.