Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində xəsarət alması faktı üzrə Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə,sentyabrın 22-də saat 12 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdlü mülki şəxsin rayonunun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində xəsarət alması faktı üzrə Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur.