Xəzər Xəbər

Ağcabədi sakinindən avtomat TAPILDI

Cəmiyyət | 09:00 • 14 Sentyabr 2023
Ağcabədi sakinindən avtomat

Ağcabədidə qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Muğanlı kənd sakini Rafiq Vəliyev idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı yük yerindən 1 ədəd nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı "AK-74" markalı avtomat, həmin silaha məxsus patron darağı və 5 ədəd 7.62 kalibrli patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı həmin silah-sursatı bir müddət əvvəl Qarqar çayının sahilindən tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Çox oxunanlar