Xəzər Xəbər

Azərbaycanda 5.000-dən çox şəxs elektron qolbaq daşıyır AÇIQLAMA

Cəmiyyət | 17:44 • 13 Sentyabr 2023
Azərbaycanda 5.000-dən çox şəxs elektron qolbaq daşıyır

Hazırda azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 5.000-dən çox şəxs elektron qolbaq daşıyır və onların üzərində fasiləsiz probasiya nəzarəti həyata keçirilir.

Xezerxeber.az Ədliyyə Nazirliyi Mətbuat xidmətinə istinadən məlumat verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun keçirdiyi müşavirədə bildirilib.

Ötən dövrdə Probasiya xidmətinin fəaliyyəti ilə bağlı mühüm təşkilati, kadr və institusional tədbirlər görülüb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələri geniş tətbiq olunub, Elektron monitorinq mərkəzi yaradılaraq məhkumların coğrafi yerdəyişməsinin ani vaxt rejimində izlənilməsi təmin edilib.

Müşavirədə bu sahədə iş yükünün çoxalması nəzərə alınaraq Xidmətin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilib, qurumun yeni rəis müavini vəzifəsinə təyinat aparıldığı qeyd olunaraq tabe qurumların fəaliyyətinə nəzarətin, əməli və metodiki köməkliyin gücləndirilməsi, şəffaflığın və tələbkarlığın artırılaraq aşkar olunan nöqsanlara prinsipial münasibət bildirilməsi ilə bağlı konkret göstərişlər verilib.

Tədbir çərçivəsində həmçinin, Xidmətin Elektron monitorinq mərkəzinin fəaliyyəti ilə tanış olunub, azadlıqdan məhrumetməyə alternativ cəzaların vaxtında və dürüst icrasının təmin olunması, məhkumların islahında, cəmiyyətə reinteqrasiyasında innovativ yanaşmanın tətbiqi, əməkdaşların peşəkarlığının yüksəldilməsi tapşırılıb.

Xəbər lenti

Çox oxunanlar