Xəzər Xəbər

Bu Dövlət Qurumu İŞÇİ AXTARIR

Cəmiyyət | 16:30 • 13 Sentyabr 2023
Bu Dövlət Qurumu

Qida Təhlükəsizliyi İnstitutu “1003-Çağrı Mərkəzi”nə işə qəbul elan edir.

Xezerxeber.az İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentinə istinadən məlumat verir ki, işə qəbul üçün ali təhsilli, Azərbaycan və rus dillərində səlis yazmaq və danışmaq, MC Office proqramlarında sərbəst işləmək, eləcə də dinləmək və tez öyrənmək bacarıqlarına malik olan intizamlı şəxslər müraciət edə bilərlər.

Namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə "Çağrı Mərkəzi” yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

İşə qəbul zamanı ən azı 1 il iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

Xəbər lenti