Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar qəbul üçün sənədlərini təqdim edə bilərlər.
Namizədlər müddətli həqiqi hərbi xidmət keçmiş olmalı, 30 yaşı keçməməli, fiziki cəhətdən sağlam olmalıdır.
Müraciət etmək istəyən kişi namizədlərin DSX-nin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 012-493-62-47-dir. Ünvan: Bakı şəhəri, Z. Əliyeva küçəsi 30.