Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.
Xezerxeber.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin cari il oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə 4 dəfə uçuşlar həyata keçirəcək.
Bu reyslərin uçuş cədvəli ilə şirkətin rəsmi internet saytından www.azal.az tanış olmaq olar. Aviabiletləri həmçinin mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.