Xəzər Xəbər

Bu poliklinikada rentgen - müayinə fəaliyyəti məhdudlaşdırıldı FOTO

Cəmiyyət | 16:03 • 11 Sentyabr 2023
Bu poliklinikada rentgen - müayinə fəaliyyəti məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, bu çərçivədə, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonunda yerləşən 33 nömrəli şəhər poliklinikasının 1-ci şobəsindəki rentgen cihazına baxış keçirilib. Cihazın istismarının məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Xəbər lenti

Çox oxunanlar