Xəzər Xəbər

Nazir: Sertifikatlaşdırma göstərdi ki, orta məktəb proqramını kafi verə bilməyən müəllimlər var

Cəmiyyət | 12:32 • 11 Sentyabr 2023
Nazir: Sertifikatlaşdırma göstərdi ki, orta məktəb proqramını kafi verə bilməyən müəllimlər var

Sertifikatlaşdırma göstərdi ki, təhsil sistemimizdə orta məktəb proqramını nəinki yaxşı, hətta kafi bilməyən müəllimlər çalışıb.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.

Nazir bildirib ki, 2026-cı ilə qədər aparılacaq sertifikatlaşdırma çərçivəsində pedoqoji heyətin 10-15 faiz yenilənməsi düşünülür: "Yaxşı hal odur ki, müəllimlərin işə qəbulu prosesi çərçivəsində işə qəbul edilənlərin 80 faizi sertifikatlaşdırmada yüksək nəticə göstərir. Bu ildən etibarən Bakı şəhərində pilot olaraq metodiki xidməti başlayacağıq. Müəllimə dəstək sistemi yerində olmalıdır. Hazırda bu sistem çox zəifdir. Yüksək bal toplamış müəllimlər arasından metodist müəllimləri seçib, digərlərinə təlim keçmələrini təşkil etməyi düşünürük" – deyə nazir əlavə edib.

Xəbər lenti