Xəzər Xəbər

Nazir: "Həmin müəllimləri qapı arxasında qoymaq fikrimiz yoxdur"

Nazir sertifikasiyadan keçə bilməyən müəllimlərdən danışıb
Cəmiyyət | 12:12 • 11 Sentyabr 2023
Nazir: "Həmin müəllimləri qapı arxasında qoymaq fikrimiz yoxdur"

Təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq: "Çünki həmin insanlar uzun müddət bizimlə çalışıblar və onları qapı arxasında qoymaq fikrimiz yoxdur. Nəzərə almaq lazımdır ki, hər il oxşar problemlər olacaq. Əsas odur ki təhsili bir addım irəli apara biləcəyik. Bizə sadəcə səbir və vaxt lazımdır".

Qeyd edək ki, bu il təkrar sertifikasiya imtahanından keçə bilməyən 743 təhsil işçisinin əmək müqaviləsinə xitam verilib.

Xəbər lenti

Çox oxunanlar