Bakı məktəblərində IV siniflər üzrə monitorinqlərdə şagirdlərin nailiyyəti 0-30 olan 11 sinfin müəllimlərinin orta sertifikasiya göstəricisi 15 baldır.
Xezerxeber.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
O bildirib ki, həmçinin monitorinq nailiyyətləri 30-50 bal arası olan 422 sinifdə müəllimlərin sertifikasiya nəticəsi 38,20 bal təşkil edib: "Eyni zamanda, nailiyyətləri 50-70 bal olan 1161 sinif üzrə müəllimlərin sertifikasiya nəticəsi 44,17 bal olub".