Vahid məktəbli forması nizam-intizamın başlanğıcıdır.
Xezerxeber.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə müsahibəsində söyləyib.
O bildirib ki, vahid məktəbli formasının seçimində çox yaxşı işlər gedir: "Hesab edirik ki, məktəblər bu cəhətdən göz oxşayacaq. Onu da nəzərə alaq ki, həmin formalar 3 il qüvvədə olacaq".