Xəzər Xəbər

Faktiki hava şəraiti açıqlanıb

Cəmiyyət | 10:15 • 11 Sentyabr 2023
Faktiki hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-nə olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xezerxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, düşən yağıntının miqdarı Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub.
Qrız və Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu sentyabrın 10-da Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvan MR-da 26-30 dərəcə isti, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

Xəbər lenti