Xəzər Xəbər

“Azərpoçt” müştərilərini DİQQƏTLİ OLMAĞA ÇAĞIRIR

Cəmiyyət | 17:35 • 7 Sentyabr 2023
“Azərpoçt” müştərilərini DİQQƏTLİ OLMAĞA

Azərpoçt” müştərilərini diqqətli olmağa çağırır. Belə ki, kiberdələduzlar tərəfindən sosial şəbəkələrdə ”Azərpoçt” adından “Azerpost” adlı saxta səhifə yaradılaraq sahibsiz qalan mal tərkibli bağlamaların 5.50 AZN məbləğində satışa çıxarıldığı bildirilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərpoçt” MMC məlumat yayıb.

“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda – 169 Çağ rı mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti