Xəzər Xəbər

Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayır

Cəmiyyət | 12:33 • 7 Sentyabr 2023
Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayır

Sentyabrın 8-i saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən Xezerxeber.az-a verilən xəbərə görə, qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat 13 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xəbər lenti