Xəzər Xəbər

Donetskdə bazar raketlə vurulub, azı 16 nəfər həlak olub

Cəmiyyət | 18:19 • 6 Sentyabr 2023
Donetskdə bazar raketlə vurulub, azı 16 nəfər həlak olub

Rusiya qonşuları Donetsk vilayətinin Konstantinovka şəhərindəki Mərkəzi bazara raket zərbəsi endirib. Ən azı 16 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

O bildirib ki, ölənlər arasında uşaq da var. Zərbə nəticəsində baş verən yanğın lokallaşdırılıb.

Mərkəzi bazar S-300 raketləri ilə vurulub. Ölənlər və xəsarət alanların artacağı ehtimal edilir.

Xəbər lenti

Çox oxunanlar