Xəzər Xəbər

Məktəblərdə telefondan istifadə qadağan edilə bilər

Cəmiyyət | 16:48 • 6 Sentyabr 2023
Məktəblərdə telefondan istifadə qadağan edilə bilər

Dərs zamanı telefondan istifadə etmək olmaz. Kimsə üzərində məktəbə telefon gətirə bilər. Etik normalar çərçivəsində hər kəs davranışına fikir verməlidir.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib.

Nazir qeyd edib ki, gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür: "Məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur. Lakin bu məsələ məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər. Bu tip məsələlər nəzərdən keçirilir. Bəzi məktəblərdə pilot qaydada yoxlanılır və bununla bağlı konkret qaydalar müəyyənləşdirilə bilər. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür".

Xəbər lenti