Xəzər Xəbər

Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

Cəmiyyət | 16:23 • 6 Sentyabr 2023
Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib.

Nazir bildirib ki, 2023-cü ilin sentyabr ayı üçün bu məbləğ 830 manat təşkil edib: "Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq və bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu".

Xəbər lenti

Çox oxunanlar