Xəzər Xəbər

Nazirlik iş yerinin qarşılıqlı dəyişdirilməsində iştirak edən müəllimlərə müraciət edib

Cəmiyyət | 11:25 • 5 Sentyabr 2023
Nazirlik iş yerinin qarşılıqlı dəyişdirilməsində iştirak edən müəllimlərə müraciət edib

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində müraciətini təsdiqləmiş namizədlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Xezerxeber.az bildirir ki, bu barədə Nazirlikdən xəbər verilib.

Qeyd edək ki, müsabiqə müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem üzərindən öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.

Xəbər lenti

Çox oxunanlar