Xəzər Xəbər

Azərbaycanda avtomobil sahibləri ən çox bu SIĞORTA şirkətindən ŞİKAYƏTÇİDİR

Cəmiyyət | 10:10 • 13 İyun 2023
Azərbaycanda avtomobil sahibləri ən çox bu SIĞORTA şirkətindən

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "AzSığorta" şirkəti olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində bildirilib. “Atəşgah Sığorta” 3.53 indeksi ilə ikinci, “İpək Yolu Sığorta” isə 2,16 indeksi ilə üçüncü olub.

Qeyd edək ki, siyahıda yer alan "Azsığorta" və "İpək Yolu Sığorta" şirkətlərinin avtomobillərin icbari sığortası üzvə lisenziyası ləğv edilib. Hər iki şirkət yalnız mövcud müqavilələr üzrə öhdəliklərini icra edir. "Naxçıvan Sığorta" üzrə isə şikayətlər Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb. Digər sığorta şirkətləri üzrə şikayət indeksi aşağıdakı kimidir:

     
Sığortaçılar Şikayət indeksi
"AzSığorta" ASC* 3.82
“Atəşgah Sığorta” ASC 3.53
“İpək Yolu Sığorta” ASC 2.16
"Günay Sığorta" ASC 1.67
"A-Qroup Sığorta" ASC 1.6
"Xalq Sığorta" ASC 1,51
""AtaSığorta" ASC 1.46
"Bakı Sığorta" ASC 1.46
"Azərbaycan Sənaye Sığorta" ASC 1.39
“Azәrsığorta” ASC 0.92
"Meqa Sığorta" ASC 0.55
"Qala Sığorta" ASC 0,40
“Paşa Sığorta” ASC 0,17
"Naxçıvansığorta" ASC** 0,00

Xəbər lenti

Çox oxunanlar