Məktəblərdə fənlərin say və standartlarına, məzmununa yenidən baxılması üçün müzakirələrə başlanılıb.
Xezerxeber.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
“Hansı fənnin tədris prosesindən çıxarılması məsələsinə baxılır. Növbəti tədris ilində 6-cı siniflərdə “Təbiət” fənni tədris ediləcək, əvəzində isə 6-cı siniflərdə "Biologiya" və "Fizika" tədris olunmayacaq", - deyə E.Əliyev qeyd edib.