İyul ayında uşaq bağçalarına elektron qəbul üçün qeydiyyat başlanacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, hazırlıq işləri aparıldığı üçün qəbul may ayından dayandırılıb.