Xəzər Xəbər

Regionlarda təhsildən yayınma hallarının səbəbi açıqlanıb

Cəmiyyət | 14:04 • 5 İyun 2023
Regionlarda təhsildən yayınma hallarının səbəbi açıqlanıb

Ötən ilin oktyabrından etibarən regionlarda ümumtəhsil məktəblərində hər ay təhsildən yayınma ilə bağlı hesabatlar toplanılıb.

Xezerxeber.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev ümumi və məktəbəqədər təhsil üzrə media nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, regionlarda təhsildən yayınma hallarının səbəblərindən biri əhalinin kənd təsərrüfatı ilə məşğul olmasıdır: “Yaşayış yerini dəyişdikdə məktəbin yaxın olmadığı deyilir. Çalışırıq ki, bu halları aşkarlayıb, valideynlərin maarifləndirilməsi ilə məşğul olaq. Təəssüf ki, bəzi valideynlər uşaqların dördüncü sinfə qədər təhsil alması ilə kifayətlənirlər. Bu istiqamətdə regional təhsil idarələri sıx iş aparırlar. Görülən işlərin nəticəsində təhsildən yayınma halları geniş şəkildə azalıb”.

Xəbər lenti

Çox oxunanlar