Yeni tədris ilindən bütün ölkə üzrə məktəblərdə yeni məktəbli formalarının tədbiqi başlanılacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, növbəti tədris ilindən məktəbli formaları qaydalarda göstərilən standartlara uyğun olacaq.
O bildirib ki, ötən il valideynlər artıq uşaqlarına forma aldıqları üçün məcbur edilməmişdi: "Formaların olub-olmayacağını məktəblərin pedaqoji şuraları müəyyən edir. Məktəb deyə bilər ki, "forma istəmirik". Bu mümkündür. Burada heç bir məcburiyyət olmayacaq".