Azərbaycanın elm və təhsil naziri Emin Amrullayev Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini təbrik edib.
Xezerxeber.az xəbər verir ki, nazir bu barədə tviter hesabında yazıb.
“Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, həmkarımla birlikdə ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafına nail olacağıq”, - nazir qeyd edib.
Emin Amrullayev eyni zamanda türkiyəli sabiq həmkarı Mahmut Özerə də minnətdarlıq edib.
“İki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafına davamlı dəstəyini göstərmiş, Türkiyənin milli təhsil naziri vəzifəsində fəaliyyətini başa vuran cənab Mahmut Özerə dərin minnətdarlığımı bildirir, bundan sonrakı işlərində uğurlar arzulayıram”, - Azərbaycanın elm və təhsil naziri qeyd edib.