Yerli vətəndaşların bölgələrimizə səfəri əsasən yay mövsümündə daha çox müşahidə olunur. İnsanları özünə cəlb edən yerlərdən də biri Qarabağın gözü olan Şuşa şəhəridir. Ötən il yanvar ayından etibarən Şuşaya avtobus reysləri təşkil olunur.
Yay mövsümündə tələbatın çox olduğunu nəzərə alaraq Şuşaya avtobus reyslərinin artırılması nəzərdə tutulurmu?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər ki, marşrutlar mütəmadi olaraq təhlil edilir, tələbat və bilet satışı dinamikası nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində dəyişikliklər edilir.
"İyun ayı üçün biletlər artıq satışa çıxarılıb. Tələbat artarsa, reyslərin sayının artırılmasına baxıla bilər", - deyə məlumatda qeyd olunub.