Xəzər Xəbər

İyunun 3-dək intensiv yağışlar yağacaq, sel keçməsi ehtimal olunan çayların adı... AÇIQLAMA

Cəmiyyət | 11:15 • 31 May 2023
İyunun 3-dək intensiv yağışlar yağacaq, sel keçməsi ehtimal olunan çayların adı...

İyunun ayının 3-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda intensiv yağışlar gözlənilir.

Bunu Milli Hidrometeorologiya xidmətinin hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib:

İyun ayının 3-dək yağacaq intensiv yağışlarla yanaşı dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Asif Verdiyev sel keçməsi ehtimal olunan çayların adını da açıqlayıb.

"Bunlar əsasən Balakən, Şəki, Oğuz, Qəbələ, eyni zamanda Goranboy, Daşkəsən, Göygöl ərazisindən axan çaylardan qısamüddətli sel keçəcəyi gözlənilir", - o bildirib. (Apa)

Xəbər lenti

Çox oxunanlar