Xəzər Xəbər

Biləsuvarda sel təhlükəsi... 3 kənd təxliyə edildi FHN MƏLUMAT

Cəmiyyət | 10:07 • 31 May 2023
Biləsuvarda sel təhlükəsi... 3 kənd təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat daxil olub.

Xezerxeber.az Nazirliyə istinadən məlumat verir ki, dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinlərinin təxliyəsi barədə qərar qəbul olunub.

Xəbər lenti

Çox oxunanlar