Laçına qayıdacaq sakinlərin iş yerləri ilə bağlı problemi olmayacaq və artıq 7 müəssisəyə işə cəlb olunmasına start verilib.
Xezerxeber.az xəbər verir ki, bunu “Böyük Qayıdış” proqramı üzrə baş koordinator Elnur Abdullayev deyib.
"Onların demək olar ki, ştat cədvəli də tam hazırdır. Həmçinin digər müəssisələrdə də analoji işlər aparılıb. Sakinlərə heç bir qadağa yoxdur və onların müraciəti əsasında onların ixtisasına uyğun yönləndirmə işləri aparılır. Hazırda respublikamızın digər bölgələrində yaşayan sakinlərimizin ixtisasa uyğun olmayaraq digər işlərə cəlb edilməsi halları var və biz onlarla ilkin söhbətlərimizdə, onların ixtisaslarına uyğun işlərlə təmin olunmasını üstün sayırıq”, - E.Abdullayev qeyd edib.