Xəzər Xəbər

Şəhid ailələri və müharibə əlillərinə verilən evlərin və avtomobillərin sayı açıqlanıb

Cəmiyyət | 12:41 • 24 May 2023
Şəhid ailələri və müharibə əlillərinə verilən evlərin və avtomobillərin sayı açıqlanıb

Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirib ki, Dövlət başçısının göstərişinə əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzillə təminatı proqramı 2018-2023-cü illərdə 5 dəfə genişlənib.

Qeyd olunan dövrdə 7892, ümumilikdə ötən dövrdə 13 560 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-2023-cü illərdə 1582, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.

Xəbər lenti