Xəzər Xəbər

Bakıda hazırda sıxlıq müşahidə edilən yollar SİYAHI

Cəmiyyət | 09:01 • 22 May 2023
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar

Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hazırda yollardakı vəziyyət belədir:

1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

12. Zərifə Əliyeva küçəsində;

13. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

14. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər lenti