Xəzər Xəbər

Köhnə avtomobillərlə bağlı qərar havanın keyfiyyətinə təsir edəcək AÇIQLAMA

Cəmiyyət | 14:42 • 31 Mart 2023
Köhnə avtomobillərlə bağlı qərar havanın keyfiyyətinə təsir edəcək

Nazirlər Kabineti tərəfindən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar, sözsüz ki, həm avtomobil parkının köhnəlməsinin qarşısının alınmasına, həm də atmosfer havasına mənfi təsirlərin azalmasına səbəb olacaq. Müəyyən müddətdən sonra bu qərar atmosfer havasının keyfiyyətində müsbət dəyişikliklərə gətirib çıxaracaq.

Xezerxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İdarə rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələri təşviq edilməlidir.

"Elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən tullantısız və ya az tullantılı avtomobillərin ölkəyə gətirilməsinin təşviqi, sıxılmış qazla işləyən avtomobillərin sayının artırılması, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin minimuma endirilməsi, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməsi günümüzün ən aktual məsələlərindəndir."

N.Mahmudov qeyd edib ki,
ölkəmizə çoxlu sayda xaricdə istehsal olunmuş köhnə avtomobillər gətirilir ki, onların əksəriyyəti standartlardan da aşağı parametrlərə malikdir və həmin avtomobillər məhz o ölkələrdən gəlir ki, orada ən yüksək standartlar tətbiq edilir.

"Deməli, bu nəqliyyat vasitələrinin texniki göstəriciləri standartlara cavab vermədiyindən onların böyük şəhərlərdə istismarına qanunla yol verilmir. Sahibləri isə bu avtomobilləri ən yaxşı halda satmaqla öz ölkələrində ekoloji problemlərin həllinə nail olmağa çalışırlar.
Sözügedən qərar digər ölkələrdə istifadəsi məhdudlaşdırılan avtomobillərin ölkəmizə axınının, eləcə də, atmosfer havasının çirklənməsinin qarşısını alacaq”.

N.Mahmudovun fikrincə, hazırki dövrdə ola bilsin ki, bu qərarın nəticələri o qədər də hiss olunmasın, lakin müəyyən vaxt keçdikdən sonra bu addımın atmosfer havasının keyfiyyətində müsbət dəyişikliklərə səbəb olacağını müşahidə edəcəyik.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024

Çox oxunanlar