Respublikanın bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur.
Xezerxeber.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/saniyəyə çatıb:
"Saat 10:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15 m/saniyədir. Yaxın saatlarda isə küləyin maksimal sürəti 18-23, arabir 25-30 m/saniyəyə çatacaq. Güclü küləkli hava şəraitinin daha 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə isə arabir 38 m/s-yə çatacağı ehtimal olunur".
Aprelin 1-i gündüz saatlarından külək tədricən mülayimləşəcək.