İçməli suyun qiymətinin gələcəkdə artırılması üçün "Azərsu" ASC təşəbbüslə çıxış etmək istəyir.
Xezerxeber.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, suyun maya dəyərinin aşağı olması cəmiyyətin rentabelli işləməsinə mane olur. Həmçinin digər su təchizatı sistemlərinin yenidən qurulması dövlət büdcəsinə yönəlir: "Tariflər dünyanın inkişaf eləmiş ölkərərinin tariflərinə uyğun olarsa, cəmiyyət rentabelli işləyər və öz gəlirini mərkəzləşmiş su təchizatı sistemi olmayan yerlərdə əhalinin təminatına yönəldə bilər".