Sabunçu, Suraxanı, Binəqədi və Abşeronda içməli su itkiləri daha çoxdur.
Xezerxeber.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
Qurum rəsmisi bildirib ki, pərakəndə tikililərin salınması, tikinti norma və qaydalarına uyğun olmayan şəbəkələrin yaradılması bunun əsas səbəbləridir.
"Şəbəkələrimizin 70 faizi istismar müddətini başa vurub və qanunsuz su xətləri çəkilib", - deyə E.Məmmədov vurğulayıb.