Xəzər Xəbər

Azərbaycan su ehtiyatlarına görə 140-cı yerdədir

Cəmiyyət | 15:05 • 10 Mart 2023
Azərbaycan su ehtiyatlarına görə 140-cı yerdədir

İqlim dəyişmələrinin təsirləri Azərbaycandan da yan keçməyib. Bu təsirlər daha çox su ehtiyatlarının azalmasında özünü göstərib. Azərbaycan arid landşaft və məhdud su resurslarına malikdir. Mövcud su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşan və transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olur. Azərbaycan adambaşına düşən suyun həcminə görə ilk yüzlükdə yer alsa da, 90-cı yerlərdən birini tutur.

Xezerxeber.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, su ehtiyatlarını qiymətləndirdikdə Azərbaycan 140-cı yerdə qərarlaşıb. Bu da ölkəmizdə suyun səmərəli istifadəsini şərtləndirir.

Xəbər lenti

Çox oxunanlar