Xəzər Xəbər

Ötən ay zəhərlənmədən 9 nəfər ölüb

Cəmiyyət | 09:56 • 6 Mart 2023
Ötən ay zəhərlənmədən 9 nəfər ölüb

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Onlardan 116-sı Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 59-u dərmandan, 17-si sirkə turşusundan, 20-si dəm qazından, 4-ü alkoqollu içkidən zəhərlənib.

Digərlərindən 4-ü anaflaksiya, 9-u allergik reaksiya, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 52-si qadın, 40-ı kişi, 24-ü isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 4 nəfər isə dəm qazından dünyasını dəyişib.

Dünyasını dəyişən şəxslərdən 7-si kişi, 2-si qadındır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar