Xəzər Xəbər

Normadan az duz istehlakı ölüm riskini artıra bilər

Cəmiyyət | 17:35 • 28 Fevral 2023
Normadan az duz istehlakı ölüm riskini artıra bilər

Aparılan yeni tədqiqat sutka ərzində 2,3 qramdan az miqdarda duz istehlakının insan orqanizminə fayda vermədiyi və ölüm riskini artıra biləcəyini müəyyən edib.

Xezerxeber.az "Anadolu" Agentliyinə istinadla bildirir ki, araşdırmanın aparıcı müəllifi professor "Anirudh palicherla" natrium pəhrizini tövsiyə olunandan daha az məhdudlaşdırmaq ürək çatışmazlığı ilə mübarizədə əks təsir göstərə biləcəyini deyib: “Qida rasionunda duzun məhdudlaşdırılması hələ də ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər üçün idealdır, lakin bu məhdudiyyətin miqdarı müzakirə olunur. Tədqiqat göstərir ki, natriumun istehlakının təhlükəsiz səviyyəsinin müəyyənləşdirilməsi vacibdir".

Araşdırma zamanı ürək çatışmazlığı olan təxminən 3 min 500 insanda ölüm və xəstəxanaya yerləşdirmə nisbətləri, eyni zamanda orqanizmə daxil olan müxtəlif natrium səviyyələrinin qiymətləndirilməsi prosesi tədqiq olunub.

Tədqiqatçılar müəyyən ediblər ki, gündəlik 2,5 qramdan az natrium qəbul edən xəstələrin ölüm riski digər şəxslərə nisbətən 80 faiz daha çoxdur.

Xəbər lenti

Çox oxunanlar