Xəzər Xəbər

Əmək pensiyasının minimum məbləği fevralın 1-dən artacaq

Cəmiyyət | 12:22 • 23 Yanvar 2023
Əmək pensiyasının minimum məbləği fevralın 1-dən artacaq

Əmək pensiyasının minimum məbləği 2023-ci il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunacaq.

Xezerxeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 23-də keçilən iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd edilib.

Qeyd olunub ki, ölkəmizdə son illər ərzində sığorta-pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinın qorunması ilə yanaşı, ilk növbədə, vətəndaşların sosial rifahının üstün tutulması bu sahədə görülən işlərin təməl prinsipini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024